Ayk Xalatyan: “Baş nazir Paşinyan, Facebookdan real həyata qayıdın!”backend

Ayk Xalatyan: “Baş nazir Paşinyan, Facebookdan real həyata qayıdın!”

“Müharibədəki biabırçı məğlubiyyətdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan istənilən yolla hakimiyyətdə qalmağa qərar verdi. Hökumətin Milli Təhlükəsizlik Xidməti və polisdən istifadə etməklə siyasi rəqiblərinə qarşı repressiyalar artıq başlayıb. Feysbukdakı yazılarına görə, o, hakimiyyəti qorumaq üçün ölkədə vətəndaş müharibəsinə başlamağa belə hazırdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri jurnalist Ayk Xalatyan verelq.am saytına yazdığı məqalədə bildirib. Onun sözlərinə görə, Paşinyan facebookdan dövləti siyasətini müəyyənləşdirir.

Müəllif daha sonra yazır ki, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan Paşinyanın Şuşanın təslim olması ilə bağlı alçaq yalanını ifşa etmək məcburiyyətində qaldı. Ancaq ən biabırçısı budur ki, baş nazir və Arayik Arutyunyan məğlubiyyətin məsuliyyətini boyunlarından atmaq üçün yalnız köhnə hakimiyyəti günahlandırmayıb. Eləcə də hərbçiləri qorxaqlıqda ittiham ediblər.

Jurnalist vurğulayır ki, hakimiyyətini qorumaq üçün Nikol bundan sonra da siyasi manipulyasiya ilə məşğul olacaq. Xüsusən də Müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Onik Qasparyanın səssiz təsdiqi fonunda.

Ayk Xalatyan qeyd edir ki, ölkədəki vəziyyətin sürətlə normallaşmasına və böhrandan çıxış yollarının axtarılmasına ehtiyac olduğunu dərk edən Ermənistan prezidenti Armen Sarkisyan daha da fəallaşıb. O, Nikol Paşinyan və komandasını milli razılıq hökuməti qurmaq və düşərgədə erkən seçkilər keçirmək üçün istefaya çağırıb. Paşinyan isə öz dünyasındadır. O, Facebooku ölkəyə rəhbərliyin əsas alət olduğunu düşünür. “Nikol virtual və qondarma dünyasından gerçək dünyaya qayıtmaq istəmir. Bu isə insanlarda bir çox suallar yaradır”, – deyə Ayk Xalatyan sözünü yekunlaşdırır.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*