AZAL Bakı-Moskva-Bakı reysinin uçuş marşrutunu DƏYİŞDİbackend

AZAL Bakı-Moskva-Bakı reysinin uçuş marşrutunu DƏYİŞDİ

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Moskva sərnişin reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumatda bildirilir:

“Sözügedən qərar NOTAM Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır. Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Uçuşun təxmini vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*