AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edirbackend

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir.

Bu barədə KONKRET.az-a AZAL-dan məlumat verilib.

Məlumatda bildirilir ki, reyslər hər gün həyata keçiriləcək: Bakıdan uçuş – saat 13:00, Naxçıvandan uçuş – saat 16:10.

Hava gəmisinə COVID-19 testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.

Pandemiya dövründə reyslərin sayının məhdud olduğunu və yüksək tələbatı nəzərə alaraq, qeyd edilən istiqamətdə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir.

Növbəyə qeydiyyat iki üsulla həyata keçirilir – əks əlaqə forması üzrə və ya WhatsApp mesenceri vasitəsilə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*