AZAL-ın ixracı azaldıbackend

AZAL-ın ixracı azaldı

2024-cü ilin yanvar-dekabr aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərdən olan Azərbaycan Hava Yolları QSC-nin ixracı azalıb.

KONKRET.az iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ixrac hesabatının yanvar buraxılışına istinadən xəbər verir ki, şirkət 2024-cü ildə 14,6 milyon dollarlıq xidmət ixrac edib. Bu rəqəm ötən illə müqayisədə 25,16 faiz, yəni, 3,9 milyon dollar azdır.

Onu da qeyd edək ki, Azərbaycan Hava Yolları QSC 2023-cü ili 117 milyon 683 min manat xalis mənfəət ilə başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*