AZAL Səmərqəndə reyslərin yerinə yetirilməsinə başladıbackend

AZAL Səmərqəndə reyslərin yerinə yetirilməsinə başladı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Özbəkistanın Səmərqənd şəhərinə aviareyslərin yerinə yetirilməsinə başlayıb.

KONKRET.az-ın xəbərinə görə, Azərbaycan və Özbəkistan siyasi və iqtisadi əlaqələrin fəallaşması fonunda ölkələr arasında uçuşların coğrafiyasının genişləndirilməsi istiqamətində fəal işlərin görülməsini davam edirlər.

Belə ki, oktyabrın 4-dən Azərbaycanın milli aviadaşıyıcısı AZAL Özbəkistanın daha bir şəhərinə – Səmərqəndə reyslərin yerinə yetirilməsinə start verib.

Qeyd edək ki, Səmərqəndə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*