“Azərbaycan” bərəsi “dünyanın ən yaxşı gəmisi” siyahısına daxil oldubackend

“Azərbaycan” bərəsi “dünyanın ən yaxşı gəmisi” siyahısına daxil oldu

Britaniya Kral Dəniz Memarları Cəmiyyəti (RINA – Kral Dəniz Memarları İnstitutu) 2021-ci ilin ən yaxşı gəmilərinin siyahısını və təsvirini dərc edib.

KONKRET.az xəbər verir ki, ən qədim dünya gəmi inşaatçıları birliyi tərəfindən seçilmiş müxtəlif təyinatlı əlli gəmi (dəniz kruiz laynerlərindən və bərələrdən tutmuş supertankerlərə, konteyner gəmilərinə və avtomobil daşıyıcılarına qədər) arasında CNF18C layihəsinin “Azərbaycan” yük-sərnişin bərəsi də yer alıb.

Bu bərə Dəniz Mühəndisliyi Bürosu tərəfindən layihələndirilib, Bakı Gəmiqayırma Zavodu tərəfindən inşa edilib.

CNF18C layihəsinin Xəzər dənizi üçün hazırladığı “Ro-Pax” tipli 155 metrlik (içində dəmir yolu var) “Azərbaycan” bərəsi 2021-ci il martın 1-də istismara verilib.

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni bərənin istifadəyə verilməsi mərasimində iştirak ediblər.

CNF18C layihəsinin “açıq” tipli bərəsində 100 sərnişin, 56 vaqon, yük maşınları (50 avto qatar), o cümlədən vaqonlar və minik avtomobilləri daşınır.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*