“Azərbaycan BRİKS-ə qoşulmaq istəyir” – Polad Bülbüloğlubackend

"Azərbaycan BRİKS-ə qoşulmaq istəyir" - Polad Bülbüloğlu

“Azərbaycan BRİKS-ə qoşulmaq istəyir”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində “TASS” agentliyinə müsahibəsində deyib.

“BRİKS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir”, – deyə o bildirib.

BRİKS müxtəlif qitələrin dörd dövləti – Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika assosiasiyaya qoşulub, daha dörd ölkə – BƏƏ, İran, Misir və Efiopiya isə bu ilin əvvəlində təşkilata qoşulub. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*