2023-cü ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,2% artaraq 64341,6 milyon manat təşkil edib.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edək ki, əhalinin sərəncamında qalan gəlirləri 57057,0 milyon manat təşkil edib.