Azərbaycan gimnastları Sankt-Peterburqda 4 medal qazandılarbackend

Azərbaycan gimnastları Sankt-Peterburqda 4 medal qazandılar

Azərbaycan təmsilçiləri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə “Dobrovolskiy” kubokunda 4 medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından KONKRET.az-a verilən məlumata görə, tamblinq proqramında Mixail Malkin bütün rəqiblərini üstələyib.

Adil Hacızadə və Aleksey Karataşov isə gümüş medal qazanıb.

Batut gimnastikasında sinxron proqram üzrə Ammar Baxşalıyev – Əli Niftalıyev cütlüyü bürünc medal əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*