Azərbaycan Hava Yollarına cərimə protokolu yazıldıbackend

Azərbaycan Hava Yollarına cərimə protokolu yazıldı

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə inzibati protokol yazılıb.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 295..2-ci (Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə araşdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*