Azərbaycan millisi UEFA İnkişaf Turnirində ikinci oyununu keçirdibackend

Azərbaycan millisi UEFA İnkişaf Turnirində ikinci oyununu keçirdi

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.

KONKRET.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-15 ABFF Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Rusiya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 17-ci dəqiqədə Əli Bəşirov vurub.

Qeyd edək ki, komandamız turnir çərçivəsində ilk oyununda Belarus yığmasına 1:2 hesabı ilə məğlub olub. Millimiz son matçını oktyabrın 4-də, saat 17:00-da Qazaxıstana qarşı keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*