Türkiyənin 36 vilayətində əməliyyat: 826 şübhəli saxlanıldıbackend

Türkiyənin 36 vilayətində əməliyyat: 826 şübhəli saxlanıldı

Türkiyənin 36 vilayətində son 5 gündə kibercinayətkarlığa qarşı keçirilən əməliyyatlar zamanı 826 şübhəli saxlanılıb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, saxlanılanlardan 444-ü barəsində həbs qətimkan tədbiri seçilib, 254 nəfər barəsində həbs qətimkan tədbiri ilə bağlı olmayan qətimkan tədbiri seçilib. Digər şübhəlilərlə bağlı araşdırmalar davam edir.

Əməliyyatlar qanunsuz mərc və qumar, onlayn uşaq pornoqrafiyası və təqibi, kiberdələduzluq, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması ilə bağlı həyata keçirilib.

Araşdırmalar nəticəsində şübhəlilərin qanunsuz mərc və qumar oyunları təşkil etdiyi, belə saytlarda pul köçürmələrinə vasitəçilik etdiyi, onların reklamını apardığı, vətəndaşların mobil bankçılıq və oyun hesablarına icazəsiz giriş əldə etdiyi, uşaq pornoqrafiyası məzmunu saxladığı və sosial media vasitəsilə dələduzluq etdiyi müəyyənləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*