Azərbaycan paralimpiyaçıları İslamiadaya bürünc medallarla başlayıblarbackend

Azərbaycan paralimpiyaçıları İslamiadaya bürünc medallarla başlayıblar

Paralimpiyaçılarımız V İslam Həmrəyliyi Oyunlarında iki bürünc medal qazandılar.

KONKRET.az xəbər verir ki, Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, kamandan oxatma idman növü üzrə milli komandamız miks və kişilərdən ibarət komanda növündə keçirilən yarışlarda bürünc medallara sahib çıxıblar.

Kişilərdən ibarət komandanın tərkibində Cahan Musayev və Əli Nəbiyev iştirak edib. Miks növündə isə ölkəmizi Cahan Musayev və Azadə Abdullayeva təmsil ediblər.

Qeyd edək ki, Konya 2021 V İslam Həmrəyliyi Oyunlarına ölkəmiz səkkiz paralimpiyaçı ilə qatılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*