Rusiyanın koronavirusa qaşrı hazırlayaraq qeydiyyata aldığı peyvəndi artıq 27 ölkə almaq istəyir.
KONKRET.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Tatyana Qolikova bildirib. Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyində artıq bu barədə müraciətlər var.
Peyvəndlə bağlı əməkdaşlığın müxtəlif formalarından söhbət gedir -kliniki sınaqlar, peyvənd alışı, xarici ölkələrdə istehsalın dəstəklənməsi və s.
Rusiyaya müraicət edən ölkələr arasında Azərbaycan, Belarus, Venesuela, Braziliya və Qazaxıstan da var.
Xatırladaq ki, peyvəndin qeydiyyatı barədə məlumatı Prezident Vladimir Putin 11 avqustda bildirib. “Sputnik V” adlandırılan peyvəndin istehsalı 15 avqustda başlayıb. cebhe.info
