Azərbaycan Premyer Liqası: “Qəbələ” ardıcıl 2-ci qələbəsini qazandıbackend

Azərbaycan Premyer Liqası: "Qəbələ" ardıcıl 2-ci qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

KONKRET.az-ın məlumatına görə, “Qəbələ” evdə “Şamaxı”nı qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 8-ci dəqiqədə “qırmızı-qaralar”dan Rövlan Muradov açıb. 2 dəqiqə sonra Murad Musayev fərqi artırıb. 10-cu dəqiqədə Felipe Santos 3-cü topu rəqibin qapısından keçirib. Qonaqlar 56-cı dəqiqədə Amil Yunanovun qolu ilə fərqi azaltsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər.

Ardıcıl 2-ci qələbəsini qazanan “Qəbələ” xallarını 6-ya çatdıraraq, 2-ci pilləyə yüksəlib. Lider “Sabah”la 3-cü sıradakı “Qarabağ” da eyni xala malikdir. Xalı olmayan “Şamaxı” isə 8-ci yerdə qərarlaşıb.

Turun son matçında “Neftçi” bu gün evdə “Kəpəz”lə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*