Azərbaycan-Rusiya sərhədindəki uzun tıxac sahibkarların işini iflic etdi – VİDEObackend

Azərbaycan-Rusiya sərhədindəki uzun tıxac sahibkarların işini iflic etdi - VİDEO

Azərbaycan-Rusiya sərhədində yenidən sıxlıq yaranıb.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, yük avtomobilləri kilometrlərlə növbəyə düzülüb. Artıq sərhəddə 1 həftədən çox qalan avtomobillərin yanacağı da bitib. Rusiyaya yük aparan sürücülər isə günlərdir gözləməyə məcburdur.

Sürücülərin sözlərinə görə, təxminən 1500-dən çox  nəqliyyat vasitəsi sərhədi keçmək üçün növbə gözləyir.

Onlar maşınların gec yoxlanıldığını və bu səbəbdən növbə yarandığını iddia edirlər.

Problemlə əlaqədar Dövlət Gömrük Komitəsindən bildirilib ki, sıxlığa səbəb Rusiyada yerləşən gömrük-keçid məntəqəsində tikinti-quraşdırma işlərinin aparılmasıdır.

Komitə əməkdaşı əlavə edib ki, intensivliyi artırmaq məqsədi ilə qarşı tərəflə mütəmadi olaraq danışıqlar aparılır və sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.

Emin Kərimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*