Azərbaycan Rusiyadan 5-ci nəsil qırıcı ala bilər – Mixiyev detalları açdıbackend

Azərbaycan Rusiyadan 5-ci nəsil qırıcı ala bilər - Mixiyev detalları açdı

Rosoboronexport (Rusiya Müdafiə İxracatı Federal Dövlət Unitar Müəssisəsi) artıq 5-ci nəsil “Su-57E” qırıcılarının satışını konsaltinq və strateji tərəfdaşlara təklif etməyə hazırdır.

KONKRET.az xəbər verir ki, şirkətin baş icraçı direktoru Aleksandr Mixiyev bu barədə RİA “Novosti”yə açıqlamasında bildirib.

“Hazırda “Su-57E” çoxfunksiyalı beşinci nəsil qırıcılarının tədarükü ilə bağlı dünyanın ayrı-ayrı ölkələri ilə ilkin məsləhətləşmələr aparırıq. Rosoboronexport Rusiyanın strateji tərəfdaşlarının maraqlanacağı təqdirdə, “Su-57E” satmağa hazırdır”,- Mixiyev qeyd edib.

“Su-57” hər növ hava, yer və yerüstü hədəfləri məhv etmək üçün hazırlanmış Rusiyanın beşinci nəsil döyüş təyyarəsidir.

 

Təyyarə ilk dəfə 2010-cu ildə havaya qalxıb. “Army-2019” forumunda Rusiya Aerokosmik Qüvvələri ilə birgə 76 “Su-57” təchizatı üçün müqavilə imzalanıb. Rus ordusu üçün ilk təyyarə 2020-ci ildə təhvil verilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Rusiyanın ən yaxın tərəfdaşlarından biridir və ölkəmizin silah ixracatında Rusiya liderdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*