Azərbaycan sərbəst güləşçiləri Bolqarıstanın Veliko Tırnovo şəhərində Dan Kolov – Nikola Petrovun xatirəsinə keçirilən beynəlxalq turnirin üçüncü yarış günündə bir dəst medal qazanıb.
KONKRET.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində final görüşündə Cəbrayıl Hacıyev və Turan Bayramov üz-üzə gəlib. 3:1 hesablı qələbəyə imza atan Hacıyev qızıl medala yiyələnib. Bayramov isə gümüş medal əldə edib.
Bürünc medala 57 kq çəkidə Əliabbas Rzazadə sahib çıxıb. Rzazadə 3-cü yer uğrunda görüşdə ABŞ təmsilçisi Niko Provonu 45 saniyəyə tam üstünlüklə məğlub edib – 10:0.
Bu çəkidəki digər güləşçi Əfqan Xaşalov yarımfinalda hindistanlı Aman Amanla qarşılaşmada zədələndiyi üçün görüşü məğlub başa vurub.
