Azərbaycan tərəfi buna hazırdır – Nazirbackend

Azərbaycan tərəfi buna hazırdır - Nazir

“Azərbaycan sərhədlərin delimitasiyası ilə əlaqədar komissiyanın tərkibiylə bağlı Ermənistana təkliflər verib”. 

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

“Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə baş tutan görüşdən sonra əldə olunan razılıqlardan biri ondan ibarət idi ki, sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilə bağlı komissiya yaradılacaq. Komissiyanın aprel ayının sonuna qədər ilk iclasının keçirilməsi planlaşdırılırdı. Hələ görüş keçirilməmişdən öncə mənim Ermənistanın xarici işlər naziri ilə iki dəfə telefon danışığım olub. Telefon danışıqları zamanı biz komissiyanın tərkibi ilə bağlı təkliflərimizi vermişik. Təklifimiz ondan ibarət idi ki, komissiya fərqli formatda təşkil edilməli, ona rəhbərlik daha yüksək səviyyədə olmalıdır. Komissiyaya rəhbərlik edən şəxs baş nazirin müavini səviyyəsində olmalıdır. Onu da qeyd edim ki, hələ ilk telefon danışığımız zamanı Ermənistan xarici işlər naziri bu təklifimizi anlayışla qarşıladı. Və bunun müzakirəsi üçün əlavə vaxtın lazım olacağını dedi. Komissiyanın tərkibi barədə tərəflərin razılığı mövcuddur. Ancaq hələ ki ilk iclas keçirilməyib. Azərbaycan tərəfi buna hazırdır” – nazir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*