Azərbaycan vətəndaşı Gürcüstanda narkotiklə TUTULDUbackend

Azərbaycan vətəndaşı Gürcüstanda narkotiklə TUTULDU

Gürcüstanda narkotiklərlə bağlı cinayətlərə görə 12 nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Həmin şəxslər arasında 1998-ci il təvəllüdlü Azərbaycan və 1974-cü il təvəllüdlü Türkiyə vətəndaşı da var.

Saxlanılanlar qanunsuz olaraq külli miqdarda narkotik maddə alıb saxlamaqda, Gürcüstana qaçaqmalçılıq yolu ilə keçirməkdə və buna cəhddə ittiham olunurlar.

DİN-dən qeyd olunub ki, bu ay ərzində beş kiloqramdan artıq heroin və iki kiloqram kokain müsadirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*