Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı AÇIQLANDIbackend

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı AÇIQLANDI

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1 020 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 137 obyekt daha çoxdur.

KONKRET.az bildirir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə, 2021-ci ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 162 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2020-ci ilin sentyabrından 21 obyekt azdır.

2021-ci ilin sentyabr ayında Türkiyədə 147 143 əmlak satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz çoxdur.

Sentyabrda Türkiyədə 6 630 əmlak əcnəbilərə satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz çoxdur./trend/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*