Azərbaycana İrandan narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alındıbackend

Azərbaycana İrandan narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alındı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən əl yükü rentgen yoxlama qurğusunda yoxlanılıb və şübhəli cizgilər müşahidə olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilir ki, vətəndaş şifahi sorğu-sual zamanı üzərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, dərman və psixotrop maddələrin olmadığını bildirib. Yoxlama zamanı idman çantasının içərisində 30 kapsul “Qabapentin”, 20 ədəd “Alprazolam”, 30 kapsul “Pregabalin”, 38 ədəd üzərində “ddp/M20” nişanəsi olan “Metadon” adlı həblər, 1 ədəd şəffaf rəngli sellofan torbanın içərisində isə plastik qabda- 210 ml həcmində maye halında “Metadon” aşkarlanıb.

Xatırladaq ki, “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil edilmiş “Qabapentin”in ümumi miqdarı 3 qram, “Pregabalin”in isə miqdarı 1,5 qram, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələ”rin III Siyahısına daxil olan “Alprazolam”ın ümumi miqdarı 0,01 qram və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxil olan “Metadon”un miqdarı 0,76 qram, maye halındakı “Metadon”un isə miqdarı 0,21 qram təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*