Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) hazırda 65 mindən çox aktiv vakansiya mövcuddur.
KONKRET.az xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.
Bildirilib ki, təqdim olunan vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10 min manat, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir.
Nazirlikdən qeyd edilib ki, işsiz və ya işaxtaran şəxslər mövcud vakansiyalara müraciət etmək üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə müraciət edə bilərlər.
