Azərbaycanda bank və onun vəzifəli şəxsi cərimə edildibackend

Azərbaycanda bank və onun vəzifəli şəxsi cərimə edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) Turanbank ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

AMB-dən KONKRET.az-a verilən məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin (İXM) 598.1.2-ci maddəsinə əsasən “Turanbank” ASC 20 min manat məbləğində, İXM-nin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən “Turanbank” ASC-nin vəzifəli şəxsi isə 10 min manat məbləğində cərimə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*