backend

Azərbaycanda baş həkim koronavirusa yoluxdu - FOTO

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vüsal Abdullayev koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, onun COVID-19-la bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb.

Hazırda V.Abdullayev rəhbərlik etdiyi xəstəxanada müalicə olunur.

Qeyd edək ki, V.Abdullayev koronavirus xəstələrinin müalicəsində aktiv fəaliyyət göstərən həkimlərdəndir. O eyni zamanda İkinci Qarabağ müharibəsində yaralı hərbçilərimizin müalicəsi üçün arxa cəbhədə fəal olub.  /Report

Azərbaycanda baş həkim koronavirusa yoluxdu - Foto

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*