Azərbaycanda bu tarixdən buraxılış imtahanları BAŞLAYIRbackend

Azərbaycanda bu tarixdən buraxılış imtahanları BAŞLAYIR

Dövlət İmtahan Mərkəzi aprelin 15 və ya 16-da keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib.

KONKRET.az xəbər verir ki, müraciətdə bildirilib:

“Məlum olduğu kimi, aprelin 15-də Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı rayonlarında, Lənkəran və Şirvan şəhərlərində, aprelin 16-da isə Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap etməlidir. Bəyannamə ayrıca vərəqdə çap edilməli və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə “Adobe Reader” proqramı quraşdırılmalı və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı BURADAN yükləyə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*