Azərbaycanda bu tarixdən sonra toy etmək olarbackend

Azərbaycanda bu tarixdən sonra toy etmək olar

Bu il Azərbaycanda Qurban bayramı iyunun 6-na təsadüf edir.

KONKRET.az TNS-ə istinadən xəbər verir ki, bayram namazı iyunun 6-da qılınacaq.

Qurban bayram münasibətilə ölkəmizdə iki gün qeyri-iş günü olacaq.

Qeyd edək ki, bu il İslam aləmində xüsusi aylardan hesab olunan məhərrəm ayı da iyun ayında başlayacaq. Məhərrəm ayının 1-i iyunun 26-na təsadüf edir. Məhərrəm ayının 9-u (tasura günü) iyulun 4-nə, 10-u (aşura) iyulun 5-nə düşəcək. Məhərrəm ayı iyulun 25-də bitir. 26 iyulda başlayan səfər ayı avqustun 23-də başa çatacaq.

Bildirək ki, məhərrəm və səfər aylarında toy etməyənlər avqustun 24-dən toy mərasimlərini keçirə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*