Azərbaycanda bu yumurta 25 MANATA satılır – Görün nə yumurtasıdırbackend

Azərbaycanda bu yumurta 25 MANATA satılır - Görün nə yumurtasıdır

Onlayn satış sahəsi genişləndikcə əl çatmayan nəsə qalmır. Hətta, əminliklə deyərdik ki, indi onlayn satış real satışı üstələyib. Onlayn satışı üstün edən məhz onun əl çatanlığıdır.

KONKRET.az xəbər verir ki,referans.az-ın araşdırması ölkədə ənənəvi yeyilən, bəzi hallarda yeyilən və yeyilməyən yumurta satışı haqdadır.

Əlbəttə ki, axtardığımız məhsulların hamısını əlbəəl tapmaq mümkünsüz olardı. Ona görə də üz tutduq onlayn satış ümvanlarına. Maraqlıdır, əhalimiz toyuq yumurtasından əlavə, hansı quş yumurtaları ilə də qidalanmağa üstünlük verir?

Elə birinci başlayaq dükan yumurtasından. Satış qiyməti 9-15 qəpik arası dəyişir. Kənd yumurtası 15 qəpikdən də təklif olunur, 30 qəpikdən də.

Qaz yumurtası alıcılara 2 manatdan təklif olunur. Qaz yumurtası əsasən bala çıxarılması məqsədilə alınır, həmçinin qida olaraq yeyilir də.

Çil-çilli hinduşka yumurtasının satış qiyməti 2 manatdır.

Xarici görünüşcə hinduşka sortuna bənzəyən firəng quşlarının yumurtasının ədədi 1 manatdan təklif edilir.

Ağ kanada hinduşka yumurtası ədədi satışda 3 manatdır. Bu hinduşka sortunun digər hinduşkalardan fərqli olaraq ətlik və yumurtalıq üçün çox sərfəli olduğu deyilir.

Lal ördək yumurtaları ədədi 85 qəpikdən təklif edilir.

Mayalı və mayasız bildirçin yumurtaları, hər ikisinin ədədi 12 qəpikdən alıcılara təklif olunur. Bildirçin yumurtasının faydaları çoxdur.

Qırqovul yumurtasının yeyilməsi ilə bağlı hər hansı məlumata rast gəlinməsə də, alıcılara 2 manatdan təklif olunur.

Mayalı qızılı qırqovul yumurtası isə ədədi 4 manatdan satışdadır.

Qida olaraq yeyilməsini eşitmədiyimiz göyərçin yumurtaları 50 qəpikdən satışdadır.

Tutuquşu yumurtaları  heyvanın üzərində alıcıya təklif edilir.

Həyətləri rəngli lələkləri ilə bəzəyən, özü 500-800 manat arası satılan tovuz quşunun yumurtasının ədədi 10 manatdır.

Tez-tez eşitməsək də, dəvə quşunun yumurtası da satışda var. Nə az, nə çox 1 ədədi 25 manatdır. Bu yumurtanı doyumlu və dadlı olduğu deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*