Azərbaycanda indiyədək ümumilikdə 23521 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, onlardan 14607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib, 8616 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.
