Azərbaycanda daha 4 nəfər COVID-19-dan öldü – Bu günün STATİSTİKASI – FOTObackend

Azərbaycanda daha 4 nəfər COVID-19-dan öldü - Bu günün STATİSTİKASI - FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, bu gün COVID-19-dan 4 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 45 min 295 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 521 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 232 min 636 test aparılıb.

Bugünkü test sayı isə 4 612-dir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*