“Azərbaycanda elektrik avtomobillərin sayının artırılmasına necə nail olmaq mümkündür?” mövzusu ətrafında mediada başlanan müzakirələr aidiyyəti qurumların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə davam etdirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Avtonəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərinin azaldılmasını və Azərbaycanda ekoloji cəhətdən təmiz elektrik avtomobillərin istifadəsinin təşviqini hədəfləyən görüşdə Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları, QHT və ictimaiyyət nümayəndələri ölkədə elektrik avtomobillərin sayının artırılmasına yönələn fəaliyyətləri müzakirə ediblər.
İştirakçılara Azərbaycanda və dünyada bu sahədə mövcud olan tendensiyalar barədə müqayisəli məlumatlardan ibarət təqdimat və videoçarx nümayiş etdirilib.
Müzakirələrin yekunu olaraq səsləndirilən təkliflərin təhlil edilərək Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.
Azerbaycanin neft qaz istehsal eden olkedir. Elektrik avtolarin reklamina ehtiyac varmi? Mence yoxdur. Eger hesab etsekki gelecek bunlardi yenede biz onde getmeli deyilik. Mence. Sadece olaraq bunlar kimese gelir menbeyidir. Ekologiyaya qalsa el. enerjiside neft ve qazdan emele gelir esasen. Dunya ise birdir