Azərbaycanda ən uzun asma körpü tikilir.
KONKRET.az xəbər verir ki, Azərbaycanda ən uzun asma körpü Ağsuçay üzərindən 4,5 kilometrlik Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun üzərində tikilir.
Onun uzunluğu 1135 metrdir.
Körpünün arxasındakı yolda yerləşən 865 m uzunluğunda tunelin girişində də işlər davam etdirilir.
Muğanlı-İsmayıllı-Qəbələ yolunun özü iki hərəkət zolağından dörd zolağa genişləndiriləcək.
Xuraman Etibarlı,
KONKRET.az
