Azərbaycanda virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşların hərbi xidmətə yararlı olub-olmaması əsas müzakirə olunan məsələlərdən biridir.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Modern.az-a açıqlama verilib.
Bildirilib ki, virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşlar hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü daxil olan zaman stasionar müalicədən sonra 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.
“Hepatit B, hepatit C və digər hepatotrop hepatitlər virusu daşıyıcıları hərbi xidmətə yararlı hesab edilirlər”, – açıqlamada qeyd edilib.