“Səbail”Futbol Klubunda istefa gerçəkləşib.
KONKRET.AZ xəbər verir ki, klubun icraçı direktoru Ramin Həsənov öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.
Müvəqqəti olaraq Klubun icraçı direktor vəzifəsini baş menecer Fərəc Əliyev icra edəcək.
Qeyd edək ki, “Səbail” Premyer Liqada sonuncu pillədə qərarlaşıb.
Ramin Həsənov Premyer Liqanın digər klubu olan “Sabah”da baş icraçı direktor vəzifəsinə təyin edilib.
