Ötən il Azərbaycanda adambaşına düşən aylıq istehlak xərcləri 333 manat 40 qəpik olub.
KONKRET.az Ekonominfo-ya istinadən xəbər verir ki, istehlak xərcləri arasında qida məhsullarının alınmasına ay ərzində hər bir Azərbaycan vətəndaşı orta hesabla 147 manat xərcləyib.
Azərbaycan vətəndaşlarının digər istehlak xərcləri aşağıdakı kimi olub:
| İstehlak xərcləri | Manatla | Faizlə |
| Qida məhsullarına | 147 | 44,1 |
| Tütün məmulatlarına | 5,6 | 1,7 |
| Paltar və ayaqqabıya | 19,4 | 5,8 |
| Su, işıq, qaz və digər yanacaq növlərinə | 27,2 | 8,1 |
| Ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa | 25,8 | 7,7 |
| Səhiyyə xidmətlərinə | 17,4 | 5,2 |
| Nəqliyyat xidmətlərinə | 21,8 | 6,6 |
| Rabitə xidmətlərinə | 11,8 | 3,4 |
| İstirahət və mədəniyyət xidmətlərinə | 13 | 3,9 |
| Təhsil xərclərinə | 5,3 | 1,6 |
| Mehmanxana, kafe və restoran xidmətlərinə | 22,7 | 6,8 |
| Digər mal və xidmətlərə | 17 | 5,1 |
