Azərbaycanda mobil operatorlar “VPN”ə “blok” qoyub? – AÇIQLAMAbackend

Azərbaycanda mobil operatorlar “VPN”ə “blok” qoyub? - AÇIQLAMA

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün, ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb. Bu baxımdan vətəndaşların əksəriyyəti internetə qoşulmanı təmin etmək üçün pulsuz “VPN” proqramlarına qoşulur. Son günlər isə proqrama qoşulmaqda problem yaşayan vətəndaşlar mobil operatorlar tərəfindən “VPN”ə hər hansı bir qadağanın tətbiq olunduğunu iddia edirlər.

KONKRET.az xəbər verir ki, mobil operatorlarımız sözügedən məsələyə münasibət bildirib.

“Nar”ın mətbuat xidmətindən “MediaPost”un sorğusuna cavab olaraq bildirilib ki, abunəçiləri üçün “VPN” tətbiqlərinin yüklənməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur:

“Abunəçilərimizin məlumatlarının məxfiliyini tam təmin etmək məqsədilə, yalnız “Nar+” tətbiqi və nar.az səhifəsinə giriş məhdudlaşdırılıb. “VPN” tətbiqindən istifadə zamanı telefonunuzdakı məlumatlar, o cümlədən müxtəlif proqramlara giriş üçün istifadə etdiyiniz şifrələr üçüncü tərəflərin əlinə keçə bilər. Abunəçilərimizi məlumatlarının təhlükəsizliyini qorumağa çağırır və “VPN” tətbiqlərindən istifadə etməyi məsləhət görmürük”.

“Bakcell” şirkəti də hər hansı qadağanın olmadığını bildirib və əlavə edib ki, bütün abunəçilər “VPN” və digər vasitələrdən istifadə ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qayda və tövsiyələrinə əməl etsin:

“İndiki dövrdə bütün vətəndaşlar cari vəziyyəti anlayışla qarşılamalı, kibertəhlükəsizlik qaydalarına ciddi əməl etməlidir. Eyni zamanda, mobil telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirmək çox vacibdir”.

“Azercell Telekom”-dan bildirilib ki, təqdim etdiyi telekommunikasiya xidmətləri çərçivəsində, sosial şəbəkə və saytlardan istifadə üçün abunəçiləri yalnız internet şəbəkəsi ilə təmin edir:

“Abunəçilərin istifadə etdiyi cihazların (mobil telefon, planşet və s.) sazlanması, o cümlədən istifadə, təhlükəsizlik qaydaları və s. barədə “Azercell Telekom” MMC cavabdehlik daşımır”.

  • Gunel
    Oktyabr 3, 2020 - 10:16

    Bes eyer vpn den isdifade edilir vadsaplar isdiyirse onda niye internetlə baglanıbki?vadsapa göre baglanılmışdıki melumat yayılmasın .vadsaplarda isdeyir

    • Telman
      Oktyabr 3, 2020 - 20:43

      WhatsApp lar qorogram vasitəsi ilə ısleyır o da cermelenır

  • Arzu
    Oktyabr 5, 2020 - 01:08

    Men hec cur yukleye bilmirem…nece edim yuklensin??

  • Ümid
    Oktyabr 5, 2020 - 02:15

    İnternetin məhdudlaşdırılmasının heçbir anlamı qalmayıb. İstənilən VPN vasitəsi ilə bütün internet resurslarından istifadə mümkündür. Bu sayədə Azərbaycanın 96% i VPN in necə möcüzəvi birşey olduğunu anladı və tanıdı. Təşəkkürlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*