Azərbaycanda qatarlara daş atdılarbackend

Azərbaycanda qatarlara daş atdılar

Bayram günlərində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin yeni istifadəyə verilmiş “Stadler” qatarlarına 5 dəfə daş atılıb.

ADY-dən KONKRET.az-a verilən məlumata görə, bu məsuliyyətsiz davranış qatar personalı və sərnişinlərin həyatını təhlükəyə atır, qatarların hərəkətinə maneələr yaradır və yubanmalara səbəb olur.

“Bu əməlləri törədənlər cəzasız qalmır, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar və dövlət əmlakına vurduqları maddi ziyanı qarşılamalı olurlar”, – məlumatda qeyd olunur.

Qeyd edək ki, 2024-cü ildə ADY-nin dəmiryol xətlərinə 60-a yaxın kənar müdaxilə edilib, 25 daşatma hadisəsi qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*