Azərbaycanda qreçkanın qiyməti qalxacaqbackend

Azərbaycanda qreçkanın qiyməti qalxacaq

Rusiyada qarabaşaq yenidən bahalaşır.

KONKRET.az xəbər verir ki, pərakəndə satışda qarabaşağın qiyməti 11,2% artıb, bu, onun dəyərinin iki il ərzində azalmasından sonra baş verib, “Kommersant” nəşri Rosstatın məlumatlarına istinadən yazır ki, 17 avqust tarixinə orta qiymət kiloqramına 85,6 rubl təşkil edib. Qiymətin artması əkin sahələrinin azalması və məhsuldarlığın düşməsi ilə izah edilir: 2026-cı ildə lazım olandan 50-100 min tonna az məhsul yığıla bilər.

Rosstatın məlumatına görə, iyun ayında istehsalçılarda yarma qiyməti ilin əvvəlinə nisbətən 20,2% artıb. “Reksoft Konsalting” şirkətində bildirirlər ki, iyun ayında kənd təsərrüfatı istehsalçılarının satış qiymətləri ilin əvvəlinə nisbətən 70,4% artıb.

Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasında bildiriblər ki, ritreylerlər altı ay ardıcıl olaraq ən əlçatan yarma mallarını alış dəyərindən aşağı qiymətə satırlar — avqustun ortasına bu əlavə -11% təşkil edib.

Qeyd edək ki, Azərbaycan qreçkanın əksər hissəsini Rusiyadan idxal edir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*