Azərbaycanda şəhid ailəsinin evinə BASQIN EDİLDİbackend

Azərbaycanda şəhid ailəsinin evinə BASQIN EDİLDİ

Salyan rayonunun Sarvan kəndində evlərin birində oğurluq hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, naməlum şəxs axşam saat 22:00 radələrində şəhid Cavad Asif oğlu İsmayılovun ailəsinin evinə basqın edib.

Nəticədə şəxs evdən 1000 azn və qızıl-zinət əşyalarını oğurlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin 19 yaşlı əsgəri olmuş Cavad Asif oğlu İsmayılov 2020-ci ilin dekabr ayında idarə etdiyi “KamAZ” markalı yük maşının minaya düşməsi nəticəsində həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*