Azərbaycanda toyda qan töküldü: Saxlanılan varbackend

Azərbaycanda toyda qan töküldü: Saxlanılan var

Şəmkir rayonunda toyda bıçaq xəsarəti alan şəxsin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, mübahisə zəminində bıçaq xəsarəti alan, 1968-ci il təvəllüdlü M.Zeynalovdur.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Səməd Vurğun kənd sakini, 1968-ci il təvəllüdlü Mustafa Zeynalovun kəsici deşici alətlə çiyin nahiyəsindən daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.

Araşdırmalarla M. Zeynalova toy mərasimində həmkəndlisi 2005-ci il təvəllüdlü Qafar Abbasovun xəsarət yetirməsi məlum olub. Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.//”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*