Azərbaycanda universitet tələbəsi restoranda QƏTLƏ YETİRİLDİbackend

Azərbaycanda universitet tələbəsi restoranda QƏTLƏ YETİRİLDİ

Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqlanaraq öldürülüb.

KONKRET.az xəbər verir ki, hadisə “Miraj” restoranının ərazisində baş verib.

Mingəçevir Dövlət Universitetinin tələbəsi 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev bıçaqlanaraq qətlə yetirilib.

İlkin məlumata görə, qətlə yetirilən tələbə “Miraj” restoranında ofsiant kimi çalışırmış. O, sinə və çənə nahiyəsindən aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.

M.Alıyevi öldürməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü şəhər sakini Kənan Osmanov saxlanılaraq istintaqa təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*