Azərbaycanda vəzifəli şəxsin evindən qızılları oğurlandıbackend

Azərbaycanda vəzifəli şəxsin evindən qızılları oğurlandı

Azərbaycan Texnologiya Universitetinin prorektor köməkçisi vəzifəsində çalışan Nübar Hacıyevanın qızıl-zinət əşyaları oğurlanıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Göygöl rayonunun Qırıxlı kəndində yaşayan N.Hacıyevanın evindən altı min manat dəyərində qızıl-zinət əşyaları müəmmalı şəkildə yoxa çıxıb. Hadisə barədə polisə müraciət edilib və faktla bağlı cinayət işi açılıb.

Araşdırmalarla oğurluq əməlinin evdə ayda bir dəfə təmizlik işləri görən 1966-cı il təvəllüdlü Sevda Məmmədova tərəfindən törədilməsi müəyyən edilib.

O, oğurladığı əşyaların iki min manatlıq hissəsini geri qaytarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*