Bir zamanlar qonşu ölkələrdən belə xəstələrin gəldiyi Baləkəndəki məhşur Qabaqçöl xəstəxanası indi bərbad vəziyyətdədir. Həm əməliyyatxana, həm də xəstələrin qəbul edildiyi otaqlar belə uçub tökülür.
Döşəmə qırıq- sökük, tavan isə uçacaq vəziyyətdədir. Qapı pəncərə, xəstəxanın divarları isə yarasız hala düşüb.
KONKRET.az xəbər verir ki, xəstəxananın həkimi Rəfayıl Qurbanovun dediyinə görə, tibb müəssisəsinin ağrılı günləri 2012-ci ildə baş verən zəlzələrdən sonra başlayıb.
Bir zamanlar bu qəsəbə xəstəxanasında müalicə almaq üçün qonşu Gürcüstanda yaşayan azərbaycanlılarda üz tuturdular. Lakin indi xəstəxana binasında bir nəfər xəstə yatmaq üçün şərait yoxdur.
2019-cu ildə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”-nin qərarı ilə Qabaqçöl qəsəbə xəstəxanası Balakən Rayon Mərkəzi Xəstəxanasının nəzdində Ailə Sağlamlıq Mərkəzi adlandırılıb. Məsələ ilə bağlı Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva isə açıqlamasında tibb müəssəsinin vəziyyəti ilə bağlı aidiyyəti üzrə lazimi orqanlara müraciət edildiyini bildirdi.
