Azərbaycanda yaradılacaq vaksinlə bağlı – AÇIQLAMAbackend

Azərbaycanda yaradılacaq vaksinlə bağlı - AÇIQLAMA

Azərbaycanda yerli vaksinin yaradılmasına başlanıb.

KONKRET.az xəbər verir ki, Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru Adil Allahverdiyev “Xəzər Xəbər”ə açıqlamasında bu ayın 15-dən etibarən Türkiyədə üzərində çalışdığı hüceyrə xətlərinin Azərbaycana gətirildiyini deyib.

“Bu işi yerinə yetirmək üçün əvvəlcə COVID-19 viruslarını insan vücudundan kənarda hüceyrə kulturasında infektə etmək lazımdır. Daha sonra biotexnoloji olaraq çoxaltmaq vacibdir”, – Allahverdiyev bildirib.

Professor əlavə edib ki, tədqiqat potensiallı gənclər və Cənubi Azərbaycandan gəlmiş öz tələbəsi ilə birlikdə həyata keçirilir. Həmçinin prosesin texniki və təchizat tərəfləri ilə bağlı müvafiq institutlarla görüşülür və onların imkanları dəyərləndirilir.

İşlərin nə zaman yekunlaşacağı bilinmir.

Adil Allahverdiyev onu da qeyd edib ki, vaksinin yaradılması Azərbaycanda tibb sənayesinin irəli aparılması üçün ən vacib addımlardan biridir. Bu sahə inkişaf edərsə, Azərbaycanın iqtisadi olaraq asılılığı azalacaq və ölkənin gəliri artacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*