Dağıntılar altından iki nəfər sağ çıxarıldı – / VİDEO / FOTO / YENİLƏNİBbackend

Dağıntılar altından iki nəfər sağ çıxarıldı - / VİDEO / FOTO / YENİLƏNİB

Biləsuvarda binada partlayış olub.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən beşmərtəbəli binaların birində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin məlumata görə, baş verən partlayışda 2 yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılıb. Rayon xəstəxanasının 4 təcili yardım briqadası hadisə yerinə cəlb olunub.

Şahidlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, səsi şəhərətrafı kəndlərdə də eşidilib.

Əlavə məlumat veriləcək.

19:38

Biləsuvarda yaşayış binasında partlayış olub.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib.

Partlayış yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*