Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilir.
KONKRET.az-ın məlumatına görə, Babək rayonunun Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi təklif edilib.
Rayonun Babək qəsəbəsinə şəhər statusunun verilməsi gözlənilir.
Sənəd Parlamentin Regional məsələlər komitəsinin iyunun 8-də keçiriləcək iclasında müzakirə ediləcək.
