Azərbaycanda zəhərlənmədən 7 nəfər ÖLDÜbackend

Azərbaycanda zəhərlənmədən 7 nəfər ÖLDÜ

Yanvarda 664 nəfər zəhərlənib.

Bu barədə KONKRET.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.

“Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir”, – qurumdan bildirilib.

Ətraflı

Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib: “Onlardan 6-sı kişi, 1-i qadın olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*