Azərbaycanı işğal edən rus generalının Krımda SƏRGİSİ AÇILDIbackend

Azərbaycanı işğal edən rus generalının Krımda SƏRGİSİ AÇILDI

İşğal olunmuş Krımın Feodosiya şəhərində general Pyotr Kotlyarevskiyə (1782-1851) həsr olunmuş sərgi təşkil etmək qərarına gəliblər. Xüsusi qəddarlığı ilə seçilən rus generalı “Qafqaz bəlası” ləqəbini alaraq tarixə Azərbaycanın işğalçısı kimi düşüb.

KONKRET.az xəbər verir ki, Kotlyarevskinin hərbi uğurlarından heyran olan böyük Puşkin yazırdı: “Mən sənin üçün oxuyacağam, ey qəhrəman Kotlyarevski, Qafqazın bəlası!”.

Aleksandr Sergeyeviç rus generalını hunların hökmdarı Atilla ilə eyni səviyyəyə qaldırıb.
Kənd keşişinin oğlu Kotlyarevski artıq 14 yaşında, Kuban Korpusunun bir hissəsi olaraq, Fars imperiyasına yürüşdə və Dərbəndin mühasirəsində iştirak edib. Altı ildən sonra zabit kimi Gürcüstana göndərilib.

Tezliklə Kotlyarevski ləzgilərin sarsıdıcı məğlubiyyətə uğradığı Ümmə Xana qarşı qanlı döyüşdə iştirak edir. Məhz bu döyüş təəssüratı altında Gürcüstan krallığı Rusiyaya daxil olması haqqında son qərarını verib.

Müasir Azərbaycan ərazisinə daxil olan Kotlyarevski bir-birinin ardınca şəhərləri tutub və ilk yarasını Gəncəyə hücum zamanı alıb.

Kotlyarevski Lənkərana basqın zamanı daha da məşhurlaşıb. Daha az əsgərə sahib olan general buna baxmayaraq qalaya hücum etmək qərarına gəlib.

Hücumdan əvvəl general əsgərlərinə üz tutub: “Unutmayın, geri çəkilmək olmayacaq. Ya qələbə, ya da ölüm”. Hücum edən ruslar şəxsi heyətinin üçdə ikisini itirib, lakin qala alınıb. Ayerli döyüşənlər arasında heç kəs əsir götürülməyib! Kotlyarevskinin qəddarlığı dillərə dastan olub, general təkcə rəqibə qarşı deyil, həm də xristianlara sadiq olmayan yerli əhaliyə qarşı da vəhşicəsinə basqın edib. Lənkəranın süqutu Azərbaycanın parçalanmasını qabaqcadan müəyyən edən bədnam Gülüstan sülhünün imzalanması üçün başlanğıc nöqtəsi olub.

Lənkərana hücumdan sonra Kotlyarevski döyüş meydanında üç ölünün içində tapılıb. Sağ gözü çatlamış, çənəsi parçalanmış, baş sümükləri qulağından çıxmışdı. Ömrü boyu başından çıxardığı qırx sümüyü heç kimə göstərmədiyi qutuda saxlamışdı. Alay həkiminin səyi nəticəsində o, sağ qalıb.

Ağır xəsarətlər səbəbindən Kotlyarevski həkimlərin məsləhəti ilə istefaya getməyə məcbur olub, 1820-ci illərin sonlarında Feodosiyada əmlak alıb və burada mehriban münasibətdə olduğu Ayvazovski ilə görüşüb.

Bir neçə il əvvəl Feodosiyada Kotlyarevskinin abidəsi təntənəli şəkildə açılıb. Görünür, vətənpərvərlik ruhunu yüksəltməyə çalışan yerli hakimiyyət Azərbaycanı ələ keçirmiş qəddar generalı yenidən yada salmaq qərarına gəlib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*