Azərbaycanın Milli Qəhrəmanı yol qəzasında vəfat etdi – FOTO – VİDEObackend

Azərbaycanın Milli Qəhrəmanı yol qəzasında vəfat etdi - FOTO - VİDEO

Bir neçə gün əvvəl qəzaya düşən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Məhəmməd Həsənov vəfat edib. 

KONKRET.az-a bu barədə Təhsil Nazirliyindən xəbər verilib.

Qeyd edək ki, M.Həsənov noyabrın 9-da  Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəzaya düşmüşdü.  O, Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunsa da, vəziyyəti ağır idi, süni tənəffüs aparatına qoşulmuşdu.

Xatırladaq ki, Məhəmməd Həsənov Birinci Qarabağ Müharibəsində özünün yaratdığı könüllülərdən ibarət Goranboy Birinci Özünmüdafiə taborunun komandiri olub. Bu tabor M.Həsənovun rəhbərliyi ilə Goranboyun kəndlərini işğaldan qoruyub və Şaumyan kəndini, Ağdərənin bir neçə kəndini işğaldan azad edib. Daha sonra isə 019 saylı (ləğv edilib-red.) hərbi hissənin komandiri olub. M.Həsənov vaxtilə şagirdi olduğu 3 nömrəli tam orta məktəbin direktoru olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*