Azərbaycanın qadınlardan ibarət basketbol yığması İslamiadaya qələbə ilə başladıbackend

Azərbaycanın qadınlardan ibarət basketbol yığması İslamiadaya qələbə ilə başladı

Qadınlardan ibarət 3×3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına uğurlu start verib.

KONKRET.az-ın məlumatına görə, C qrupunda qərarlaşan yığma ilk görüşündə Türkiyə seçməsi ilə qarşılaşıb. Turnirin favoritinə qarşı gərgin keçən matçda Azərbaycan 14:12 hesablı qələbə qazanıb.

Qeyd edək ki, milli komanda qrupdakı növbəti oyunu bu gün Bakı vaxtı ilə saat 20.35 -də Qırğızıstana qarşı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*